İyul 30, 2015 10:14 Asia/Baku
  • Ukraynanın şərqində onlarla uşaq zorakılığın qurbanı olub
    Ukraynanın şərqində onlarla uşaq zorakılığın qurbanı olub

Ukraynanın şərqində gedən döyüşlər nəticəsində indiyə qədər onlarla uşaq zorakılığın qurbanı olub.

Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS-a istinadla verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Casaroviç bildirib: Ukraynanın şərqində 2014-cü ilin aprel ayının ortalarından 2015-ci ilin 24 iyuluna qədər baş verən qarşıdurmalarda ən azı 68 uşaq həlak olub.
Casaroviçin sözlərinə görə, təxminən 183 uşaq da bu qarşıdurmalar nəticəsində yaralanıb.
ÜST sözçüsü həmçinin bildirib: Donbasda gedən döyüşlər nəticəsində ümumilikdə 6 min 829 nəfər həlak olub, 17 min 64 nəfər də yaralanıb.
Ukrayna hərbçiləri ilə müxaliflər arasındakı döyüşlər ötən ilin yayından başlanıb və hələ də davam edir.

Teqlər