İyul 31, 2015 12:23 Asia/Baku
  • Putinin köməkçisi: Rusiya S-300-ün modern variantını İrana verəcək
    Putinin köməkçisi: Rusiya S-300-ün modern variantını İrana verəcək

Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi deyib: Rusiya S-300 zenit raket komplekslərinin daha modern növünü İran İslam Respublikasına təhvil verəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin Rossiya Seqodnya İnformasiya Agentliyi ilə müsahibədə əlavə edib: Hazırda İrana təhvil verilməsi üçün S-300 raket kompleksinin üzərində yekun işlər aparılmaqdadır.
Kojin deyib: İrana təhvil verilməsi üçün S-300 sistemlərinin ayrı-ayrı detalları üzərində iş qalmışdır.
Rusiya prezidenti Vladimir Putin ötən aprel ayında S-300 zenit raket komplekslərinin İrana satış qadağasını ləğv edib. Bu qadağa 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyevin dövründə tətbiq olunmuşdu.