Avq 01, 2015 09:14 Asia/Baku
  • Amerika polisinin təqib edərək qətlə yetirdiyi insanların yarısı günahsızdır
    Amerika polisinin təqib edərək qətlə yetirdiyi insanların yarısı günahsızdır

Yeni araşdırmaların nəticələrinə görə, Amerika polisinin təqibinin 30% qəza ilə nəticələnir və bu təqiblər nəticəsində həlak olanların yarısı günahsız insanlardır.

Səhər Beynəlxalq Televiziyasının ABC News-a istinadla verdiyi məlumata görə, ABŞ-ın Yol Təhlükəsizlik Baş İdarəsinin yeni statistikasına əsasən 1979-2013-cü illər arasında ən azı 11 min 500 polisin təqibi nəticəsində həlak olub.
Bu statistikaya görə, onlardan 5 min nəfəri piyada olub.
Bəzən qadağan olunan yerdə dönüş etmək kimi kiçik xətalara görə baş verən təqiblərdə yolu keçən uşaq və yaşlıların sayı da çoxdur.
Amerikanın bəzi ştatlarında polis idarələri xüsusi hallar və ağır cinayətlər istisna olmaqla müttəhimin təqib olunmasını qeyri-qanuni elan edib.

Teqlər