Sen 03, 2015 10:50 Asia/Baku
  • Amerikada dünyanın parlament sədrlərinin 4-cü iclası başa çatıb
    Amerikada dünyanın parlament sədrlərinin 4-cü iclası başa çatıb

Amerikada keçirilən dünyanın parlament sədrlərinin 4-cü iclası çərşənbə günü axşam yekun sənəd qəbul edərək, öz işini başa vurub.

IRIB-nin məlumatına görə, bu sənəd 38 maddə ilə əksəriyyət səslə qəbul olunub.



Sənəddə vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurasının bu təşkilatın əsasnaməsinə uyğun olaraq, sülh və təhlükəsizliyin bərqərarı üzrə başlıca məsuliyyətlərini yerinə yetirmək qüdrəti barədəki nigaranlıqlar öz qüvvəsində qalmaqda davam edir.



Sənəddə həmçinin vurğulanır: İnanırıq ki, Təhlükəsizlik Şurasının təsirli olması yalnız dünyanın hazırkı reallıqlarının əks etdirilməsi üçün təcili islahatlar yolu ilə mümkündür.



Yekun sənədində bütün insanların təhlükəsizlikdə yaşamaları üçün müharibə, toqquşma, yoxsulluq və aclıqdan uzaq bir dünyanın yaradılması vacibliyi vurğulanıb.



Dünyanın parlament sədrlərinin 4-cü iclası 140-dan yuxarı ölkənin parlament sədrləri və sədr müavinlərinin iştirakı ilə avqustun 31-dən sentyabrın 2-dək BMT-nin Nyu-Yorkdakı əsas iqamətgahında keçirilib.



Teqlər