Sen 09, 2015 10:30 Asia/Baku
  • Moskva Bolqarıstan və Yunanıstan səmasından rus təyyarələrin uçuşuna qadağaya reaksiya verib
    Moskva Bolqarıstan və Yunanıstan səmasından rus təyyarələrin uçuşuna qadağaya reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyi rus təyyarələrin Suriya istiqamətində hava zolağında uçuşuna qadağa qoyan Bolqarıstandan və Amerikanın belə bir qərarı verməyi istədiyini elan edən Yunanıstandan açıqlama istəyib.

Səhər Beynəlxalq Televiziyasının İnterFax İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib: Bir şəxsin və yaxud bizim Yunanıstan və Bolqarıstan şəriklərimizin şübhələri olduğu halda, onlar mütləq açıqlama verməlidirlər ki, problem nədir.


NATO-ya üzv Bolqarıstan çərşənbə axşamı günü bildirib: Həftənin sonunda bu ölkənin hava zolağından naməlum sayda rus təyyarəsinin keçməsinə razılıq verməyib.


Bolqarıstanın bu qərarı bazar ertəsi günü yayılan xəbərlər ardınca verilib. Belə ki, ABŞ Yunanıstandan istəyib ki, Suriya üçün təchizatlar aparan Rusiya təyyarələrinə bu ölkə ərazisindən keçmək icazəsini verməsin.


Boqdanov xatırladıb: Onların bu məhdudlaşdırıcı və yaxud qadağa xarakterli hərəkətlərinin Amerikanın istəyi əsasında verildiyi müəyyən olduğu halda, bu məsələ digər ölkələrin, o cümlədən Rusiyanın təyyarələrinin onların hava zolağından keçməsi ilə əlaqədar qərarın verilməsi barəsində onların hakimiyyət hüquqları haqda suallar yaradacaq.


Yunanıstanın hələlik rəsmi cavab verməməsinə baxmayaraq, Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib: Rusiya təyyarələrinin Bolqarıstan hava zolağından keçmələrinə icazənin verilməməsinin səbəbi dəqiq xəbərlərə əsasəndir. Belə ki, elan olunan yüklər bu təyyarələrin həqiqi yükü olmayıb.


Bir neçə gün öncədən, ABŞ Rusiyanın Suriyada ehtimal üzrə iştirakının artmasından nigaranlıq ediblər. Halbuki bu nigaranlıqlarla bağlı heç bir dəqiq fakt yoxdur.

Teqlər