Sen 19, 2015 19:28 Asia/Baku
  • Rusiya: İranın raket proqramı Avropa üçün təhdid deyil
    Rusiya: İranın raket proqramı Avropa üçün təhdid deyil

Rusiya Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsinin rəhbəri bildirib ki, ABŞ-ın İranın raket təhdidi barəsindəki iddiaları Avropanı Rusiya ilə qarşı-qarşıya qoyur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mixail Ulyanov Sputnik İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: Texniki cəhətdən İran Avropa üçün heç bir təhdid deyil. Çünki İran raketlərinin 2 min km-dan az mənzili vardır və Tehranın öz raketlərinin mənzilini artırmaq üçün səyi ilə bağlı heç bir nişanə görünmür.
Ulyanov əlavə edib: Raket texnologiyasının nəqli yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə mümkün olacaq və İranın raket təhdidi barəsində ABŞ-ın irəli sürdüyü gümanlar Rusiyanın nüvə qüdrətinə xələl gətirmək məqsədini daşıyır.
Rus rəsmisinin sözlərinə görə, Rusiyanın Rus Atom Şirkəti ilə İranın Atom Enerjisi Təşkilatındakı sıx əməkdaşlıq Vyana anlaşması çərçivəsində davam edir.

Teqlər