Okt 06, 2015 10:44 Asia/Baku
  • Zərif və Ban Ki Mun HMAP, Mina faciəsi və Suriya böhranı barədə fikir mübadiləsi apardılar
    Zərif və Ban Ki Mun HMAP, Mina faciəsi və Suriya böhranı barədə fikir mübadiləsi apardılar

BMT baş katibi bu beynəlxalq qurumun nüvə anlaşması üzrə olan Hərətərfli Müştərək Addım Proqramının icrasında əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

İRNA-nın məlumatına görə, BMT baş katibi Ban Ki Mun bazar ertəsi günü Nyu-Yorkda İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə İran və dünyanın böyük qüdrətləri arasında əldə olunmuş nüvə anlaşmasından razılıq edərək, deyib: BMT nüvə anlaşmasının tam formada icra edilməsi istiqamətində əməkdaşlıq etməyə hazırdır.
Ban Ki Mun həmçinin, İran prezidentinin BMT Baş Assambleyasının 70-ci illik iclasında iştirak etməsindən razılıq edərək, İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını region və dünyada sülhün bərqərar edilməsi istiqamətində mühüm uğur adlandırıb və deyib: BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu anlaşmanın icrası istiqamətində hər cür əməkdaşlığa hazırdır.
Mina faciəsində iranlı zəvvarların həyatını itirməsi məsələsi də BMT baş katibi ilə İran xarici işlər naziri arasında baş tutan görüşdə diqqət mərkəzində saxlanılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşdə həmçinin, regional böhranlar o cümlədən Suriya, Yəmən, İraq və Livan böhranları haqda da BMT baş katibi ilə danışıqlar aparıb.
Ban Ki Mun İran İslam Respublikasının regionda malik olduğu özünəməxsus mövqeyə işarə edərək, Tehran ilə BMT arasında daha artıq və daha sıx əməkdaşlıqların edilməsini istəyib.
Zərif BMT baş katibinin regional böhranlar ilə bağlı əməkdaşlıq çağrışına cavab olaraq bir daha regiondakı böhranlar üçün hərbi həll yolunun olmadığını və bu seçmimin yanlış olduğunu vurğulayıb və deyib: İran daim bu böhranlar üçün siyasi həll yolu ardınca olub.
İranın xarici işlər naziri əlavə edib: İran İslam Respublikası regiondakı gərginliklərin azaldılması və böhranların həll edilməsi üzrə BMT və region ölkələri ilə əməkdaşlıqlarını davam etdirəcək.

Teqlər