Noy 06, 2015 13:02 Asia/Baku
  • Pentaqon Suriyaya hər bir muzdlunun ezam olunması üçün 2 mln. dollar xərcləyib
    Pentaqon Suriyaya hər bir muzdlunun ezam olunması üçün 2 mln. dollar xərcləyib

Amerikanın bir qəzeti yazıb: ABŞ Müdafiə Nazirliyi Pentaqon qərbin Suriyada dəstəklədiyi terrorçuların təlimi və təchiz olunması üzrə məğlubiyyətə uğramış proqramda hər bir muzdlu üçün 2 milyon dollar vəsait xərcləyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, USA Today qəzeti cümə günü yazıb: Pentaqon 2015-ci ildə 3 min döyüşçünün təlimi və təchiz olunması üçün 500 milyon dollar vəsait ayırıb və gələn ildən də İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə ildə 5 min döyüşçüyə təlim keçilməsi və təchiz olunması üçün vəsait ayıracaqdı.
Lakin bu proqram 384 milyon dollar vəsaitin xərclənməsi ilə dayandırıldı. Çünki seçilmiş, təlim keçilmiş və təchiz olunmuş 180 muzdludan yalnız 145 nəfəri bu proqramda qaldı və hazırda onlardan təkcə 95 nəfəri Suriyada döyüşür.
Həmçinin Pentaqonun Yaxın ŞƏrqdə bu proqram üçün nəzərdə tutduğu 4 təlim düşərgəsindən ikisi heç vaxt heç kimi qəbul etmədi. Lakin Pentaqon hər bir terrorçu üçün 2 milyon dollar vəsaiti ayırıb və bildirib ki, hər bir terrorçu üçün real xərcə çox azdır və təxminən 30 min dollardır.
Pentaqon sözçüsü Elisa Smit deyib: Bu büdcənin böyük hissəsi silah-sursat, təchizatın alınmasına sərf olunub.
Pentaqon ötən ay terrorçuların təlimi və təchizi proqramını zəif nəticələrinə görə dayandırıb və arxivə göndərib. Lakin qərara alınıb ki, Pentaqonun dəstəyi hazırda Suriyada döyüşən qruplara yönəlsin və Amerikanın 50 xüsusi hərbçisi də qrupların əməliyyatlarının koordinasiyasına kömək üçün Suriyaya ezam olunsun.

Teqlər