Noy 10, 2015 09:47 Asia/Baku
  • Avropa İttifaqının daxili işlər nazirləri mühacirlər barədə razılaşıblar
    Avropa İttifaqının daxili işlər nazirləri mühacirlər barədə razılaşıblar

Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri bu məntəqədə mühacirlər böhranının həlli səylərini sürətləndirmək barədə razılığa gəliblər.

Frans-Press-in məlumatına görə, Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri bazar ertəsi günü Brüsseldə keçirilən iclasda razılığa gəldilər ki, qış fəslində mühacirlər üçün sığınacaqlar düzəltmək, həmçinin bu məntəqənin xarici sərhədlərinə nəzarət üçün həll yolları tapsınlar.
İclasda Lüksemburq Avropa İttifaqının dövri sədri kimi bu region ölkələrindən istəyibdir ki, qış fəslinin yaxınlaşmasına görə, mühacirlərlə bağlı insan faciəsinin baş verməsinin qarşısını alsınlar.
Fövqəladə iclas bazar ertəsi günü Avropa İttifaqı və Afrikanın dövlət başçılarının Maltada təşkil olunacaq xüsusi sammiti ərəfəsində keçirilib.
Çərşənbə günü keçiriləcək həmin sammitdə Liviyadan mühacirlərin Avropa İttifaqına daxil olmalarının həcmini azaltmaq mövzusu araşdırılacaq.
Liviya Türkiyə və Balkan ölkələrindən sonra mühacirlərin Avropaya daxil olmaları üzrə ən mühüm darvaza sayılır.

Teqlər