Noy 18, 2015 19:25 Asia/Baku
  • Sabah İmam Musa Kazımın (ə) viladətinin ildönümü günüdür
    Sabah İmam Musa Kazımın (ə) viladətinin ildönümü günüdür

Sabah 7 səfər 1437-ci hicri qəməri ili, 19 noyabr 2015-ci il şiələrin 7-ci imamı Həzrət Musa Kazımın (ə) səadətli viladətinin ildönümü günüdür.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İmam Musa Kazım (ə) 128-ci hicri qəməri ilində Məkkə və Mədinə arasında yerləşən Əbva kəndində dünyaya göz açıb.
Şiələrin 7-ci imamının atası 6-cı imam Həzrət İmam Cəfər Sadiq (ə)-dır.
İmam Musa Kazım (ə) elm, təvazökarlıq, səxavətlilikdə şöhrət qazanmışdı.
Şiələrin 7-ci imamı əziz atası İmam Cəfər Sadiqin (ə) rəvayət, hədis və hökmlərini toplamaqla, eləcə də şiələrin təlimini həyata keçirməklə şiələrin 6-cı imamının təlimləri və mücahidliyi ilə möhkəmlənən həqiqi islamı qorudu və gücləndirdi.
İslami İran xalqı Həzrət İmam Musa Kazımın (ə) səadətli viladətinin gecəsi və günündə məscidlər, təkyələr və digər dini məkanlara toplaşaraq bu səadətli günün mərasimlərini keçirir.
İran İslam Respublikası Televiziya və Radio Təşkilatı şiələrin 7-ci imamı Həzrət İmam Musa Kazımın (ə) səadətli viladətinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanlar, xüsusilə də şiələr və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər