Noy 26, 2015 09:38 Asia/Baku
  • Rus etirazçılar Moskvada Türkiyə səfirliyinə hücum etdilər
    Rus etirazçılar Moskvada Türkiyə səfirliyinə hücum etdilər

Rus etirazçılar Türkiyənin Moskvadakı səfirliyinə hücum edib, səfirliyə doğru daş atıb və onun şüşələrini qırıblar.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, təxminən 20-30 yaş arasında olan yüzlərlə rus etirazçı çərşənbə günü günortadan sonra Türkiyə səfirliyi qarşısına toplaşıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar veriblər. Bu aksiyaya nəzarət edən Rusiya polisi müdaxilə etməyib.
Etirazçılar Türkiyə səfirliyinə doğru butılkalar atıblar. Bəzi etirazçılar əllərində yazılı plakatlar tutublar. Plakatlarda "Türkiyə qazsız qalacaq", "Türkiyə arxadan xəncər sapladı" kimi yazılar olub.
Etirazçılar Rusiya və Suriya bayraqlarını əllərində tutublar.
Rusiyanın müstəqil bir radiosu da aksiya şahidlərinə istinadla bildirib ki, təhlükəsizlik qüvvələri 10 etirazçını həbs ediblər.

Teqlər