Noy 26, 2015 09:55 Asia/Baku
  • ABŞ Rusiyanın Suriyada havadan müdafiə sistemi yerləşdirməsindən nigarandır
    ABŞ Rusiyanın Suriyada havadan müdafiə sistemi yerləşdirməsindən nigarandır

ABŞ Suriyada havaan müdafiə sisteminin yerləşdirilməsi üzrə Rusiyanın qərarından nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən bir Amerika rəsmisi ötən gün deyib: Rusiyanın Suriya hərbi bazasında öz havadan müdafiə sistemini yerləşdirməsi üzrə qərarı Amerika ordusu üçün nigaranedicidir.
Bu Amerika rəsmisi Suriyadakı hava əməliyyatının de-stabil olacağından nigaranlıq edərək bildirib: Bu sistem hamı üçün ciddi təhlükə ola bilər.
Adının açıqlanmasını istəməyən başqa bir Amerika rəsmisi də deyib: Rusiyanın qərarı və S-400 zenit raket komplekslərinin yerləşdirilməsi koalisiya uçuşlarını təsir altına almamalıdır.
O bildirib: Amerika Rusiyanın əməliyyatlarında müdaxilə etmək istəmir və bu ölkə də Amerikanın əməliyyatlarında müdaxilə etmək niyyətində deyil.
Amerikalı rəsminin sözlərinə görə, Amerika və Rusiyanın bir-birini hədəfə alması haqda heç bir fakt yoxdur.
O həmçinin 30-dan çox T-90 və T-72 rus tankının Laziqiyyəyə göndərilməsinə toxunub və bildirib: Hələlik bu tankların Rusiya ordusu və ya Suriya prezidenti Bəşşar Əsədə sadiq qüvvələr üçün göndərildiyi bəlli deyil.
Moskva Türkiyənin bir rus qırıcı təyyarəsini vurmasından sonra Suriyanın şimal-qərbində Laziqiyyədə S-400 zenit raket komplekslərini yerləşdirmək qərarına gəlib.

Teqlər