Noy 26, 2015 10:34 Asia/Baku
  • Rusiya parlamenti Türkiyə tərəfindən ermənilərin
    Rusiya parlamenti Türkiyə tərəfindən ermənilərin "soyqırımı"nı inkar edənlərin cəzalandırılması layihəsini səsə qoyur

Rusiyanın bir qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulması ardınca, Rusiya Dövlət Duması I Dünya Müharibəsində Türkiyə tərəfindən ermənilərin "soyqırımı"ını inkar edənlərin cəzalandırılması üzrə layihəni səsə qoymaq niyyətindədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya prezidenti Fransa prezidenti ilə birlikdə İrəvanda 1915-ci il hadisələrinin yüzüncü ildönümü mərasimində ermənilərin qırğınını soyqırımı hesab etmişdi.
Türkiyə bir tərəfdən beynəlxalq dairələr tərəfindən 1915-ci il hadisələri barədə soyqırımı terminin işlədilməsinə sərt qarşıdır, digər tərəfdən isə, o dövrdə həm türklərin, həm də ermənilərin ağır əzab-əziyyətlərlə üzləşdiyinə dair öz iddialarını qəbul etdirməyə çalışır.
Ankara barışıq mesajları verməklə ermənilərin könlünü almağa çalışır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra baş nazir Əhməd Davudoğlu da həlak olan ermənilərin xatirəsini əzizləyib və özünü bu acı tarixi hadisənin həlak olanlarının övladları və nəvələrinin dərdinə şərik hesab edib.
1915-ci il hadisələrinin yüzüncü ilində 24 apreldə ilk dəfə olaraq İstanbulda ermənilərin kilsəsində həlak olan ermənilərin xatirəsinə mərasim keçirildi və Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkır hökumətin nümayəndəsi olaraq bu mərasimdə iştirak etdi. Ərdoğan da bu kilsəyə müraciət ünvanlayaraq onlarındərdinə şərik çıxdı.
Ərdoğan Çanakkala müharibələrinin yüzünücü ildönümü mərasimində deyib: Türkiyə dövlət arxivini, hətta öz hərbi arxivini araşdırmaçılar üçün açıq qoyub və Ermənistan və ermənilər də bu hadisələr barədə öz tarixi sənədlərini tarixçilərin araşdırması və təhqiqat komitəsinə təqdim etsinlər və bu məsələni siyasi məqsədlər üçün vasitə etməsinlər.
Görünür Türkiyə və Rusiya əlaqələrində gərginliyin artması köhnə yaraları da açacaqdır.

Teqlər