Dek 10, 2015 09:10 Asia/Baku
  • Bu gün İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür
    Bu gün İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür

İslam Peyğəmbəri həzrət Məhəmməd(s.ə.s)-in vəfatı və şiələrin ikinci imamı, İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günündə İranda matəm mərasimləri təşkil edilib.

Bu gün 28 səfər 1437-ci hicri qəməri ili, 10 dekabr 2015-ci il İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür.

Əziz İslam Peyğəmbəri(s.ə.s) hicrətin 11-ci ilində Mədinə şəhərində vəfat edib.

İmam Həsən(ə) da hicrətin 50-ci ilində, səfər ayının 28-də 47 yaşında Müaviyənin göstərişi ilə, həyat yoldaşı tərəfindən zəhərlənərək, şəhid edilir.

İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günündə Əhl Beyt(ə) aşiqləri İranın xüsusilə Məşhəd, Qum və Tehran şəhərlərində əzadarlıq mərasimləri təşkil ediblər.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı olaraq biz də İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı veririk.

Teqlər