Dek 26, 2015 10:22 Asia/Baku
  • Papa dünyanın İŞİD əleyhinə birləşməsini istəyib
    Papa dünyanın İŞİD əleyhinə birləşməsini istəyib

Dünya katoliklərinin rəhbəri İŞİD əleyhinə beynəlxalq birliyi istəyib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, Papa Fransisk İsa Məsihin (ə) viladəti münasibəti ilə illik çıxışında dünyanı birliyə və İŞİD terrorçularının törətdiyi cinayətlərə son qoymağa çağırıb.

Dünya katoliklərinin rəhbəri Roma şəhərinin Sent Piter meydanında keçirilən bu mərasimdə həmçinin terrorizmi pisləyərək miqrantlara kömək edənləri alqışlayıb.

Papa Fransisk həmçinin Suriya, Liviya, Yəmən və dünyanın digər yerlərində müharibəyə son qoyulmasını istəyib.

Dünya katoliklərinin rəhbəri qarşıdurmaların davam etməsinə görə Suriyadakı insan vəziyyətinin çox nigaranedici olduğuna toxunaraq dünyanın bu məsələyə diqqət yetirməsini istəyib.

Papa Fransisk Liviyada müxtəlif qrupları ixtilaflarını kənara qoymaqla qarşıdurmalara son qomağa çağırıb.

Teqlər