Yan 02, 2016 18:04 Asia/Baku
  • Nigeriya İslam Hərəkatının həbs olunan üzvlərinin vəziyyətindən nigaranlıq edilib
    Nigeriya İslam Hərəkatının həbs olunan üzvlərinin vəziyyətindən nigaranlıq edilib

Nigeriya İslam İnsan Haqları Komissiyası bu ölkə İslam Hərəkatının həbs olunmuş üzvlərinin təhlükəsizlik və müalicə vəziyyətindən nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Nigeriya İslam İnsan Haqları Komissiyası bir bəyanatda bu ölkənin İslam Hərəkatının həbs olunmuş üzvlərinin vəziyyətindən nigaranlıq edərək bildirib ki, Nigeriya ordusu hələ də İslam Hərəkatının üzvləri və tərəfdarlarını qətlə yetirməkdədir.

Nigeriya İslam İnsan Haqları Komissiyası bu bəyanatda əlavə edib: Bu komissiya yaralarının ağırlığı üzündən Kadona hərbi hospitalında 14 məhbusun yatırılması və onların sağalması üçün müalicələrin aparılmamasıan dair dəqiq məlumatlar əldə etmişdir.

Nigeriya İslam Hərəkatı cümə günü bildirib: Bu hərəkatın üzvlərindən Abbas İsyaku tibbi nəzarət olmadığına görə həbsxanada dünyasını dəyişib.

Teqlər