Apr 13, 2016 08:39 Asia/Baku
  • Fransa müdafiə nazirinin etirafı
    Fransa müdafiə nazirinin etirafı

Fransanın müdafiə naziri terrorçu İŞİD qrupunun İraqda kimyəvi silah işlətməsindən xəbər verib.

Frans-Press-in məlumatına görə, Fransanın müdafiə naziri Jean-Yves Le Drian çərşənbə axşamı günü İraqın Ərbil şəhərində fransız hərbçilər qarşısında deyib: Əldə olan faktlar İŞİD-in mülkilərə və yerli qüvvələrə qarşı kimyəvi silah işlətməsini sübut edir.

Le Drian bildirib ki, İŞİD öz hədəflərinə çatmaq üçün bütün üsullardan istifadə edir.

İraqdakı yüksək rütbəli rəsmilərdən biri deyib ki, mövcud faktlara əsasən, İŞİD xlor qazından sonra dəfələrlə xardal qazından istifadə edibdir.

Bu fransalı hərbi rəsmi daha sonra bildirib ki, kimyəvi silahların işlədilməsi keçmişə nistəbətən çox yayılıbdır.

İŞİD terrorçuları 2014-cü ilin iyunundan İraqda olaraq, qərbli ölkələrin maliyyə və sursat dəstəkləri ilə bu ölkədə minlərlə nəfəri öldürüb, yaralayıb və didərgin salıblar.

Teqlər