Apr 30, 2016 11:43 Asia/Baku
  • Qunduz xəstəxanasına hücum edənlərin yüngül cəzalandırılması ifşa olundu
    Qunduz xəstəxanasına hücum edənlərin yüngül cəzalandırılması ifşa olundu

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ifşa ediblər ki, Əfqanıstanda sərhədsiz həkimlərin xəstəxanasına hava hücumu ilə müharibə cinayəti törədən amerikalı hərbçilərdən 16 nəfəri yüngül cəzalandırılıblar.

Qunduz şəhərində sərhədsiz həkimlərin xəstəxanasına hücuma görə, 16 hərbçi, o cümlədən bir general, cinayətkar olaraq deyil, səhlənkarlıq və ya inzibatı pozmaq adı ilə cəzalandırılıblar.

Halbuki Amerika ordusunun qanun-qaydalarına əsasən, bir hərbçi və yaxud zabitin tutduğu vəzifədən kənarlaşdırılması və ya həmişəlik rütbəsinin artmasından məhrum ola biləcək cəzalar vardır.

Bu arada ABŞ ordusunun yüksək çinli zabitlərindən general Cozef Votel medialara bir məlumat verərək bildirib: Qunduzda sərhədsiz həkimlərin xəstəxanasına hava hücumu barədə araşdırma bu hadisənin müharibə cinayəti olmadığını, yanlışlıqlar toplusu olduğunu göstərir.

Ötən il 3 oktyabrda Amerikanın xüsusi qüvvələrinin təyyarəsi Əfqanıstanın Qunduz şəhərində sərhədsiz həkimlərin xəstəxanasını hədəfə aldı.

Əfqan qüvvələr o zaman Talibanın nəzarətində olan strateji Qunduz şəhərini azad etməyə çalışırdılar.

Pentaqon noyabr ayının sonlarında bu hücumu insan yanlışlığı adlandırıb. Lakin Sərhədsiz Həkimlər Təşkilatı israr edir ki, bu hücum Amerika ordusu tərəfindən qəsdən olunub və müharibə cinayəti olaraq araşdırılmalıdır.