May 25, 2016 19:47 Asia/Baku
  • Ukrayna ordusu atəşkəsi pozmaqda ittiham olunub
    Ukrayna ordusu atəşkəsi pozmaqda ittiham olunub

Ukraynanın şərqində Luqanskdakı müxaliflər ordu qüvvələrini atəşkəsi pozmaqda suçlayıblar.

Tass Agentliyinin məlumatına görə, Luqansk müxalifləri bildiriblər ki, Ukraynanın hərbi qüvvələri onların Luqanskdakı mövqelərini atəşə tutublar.

Məlumata görə, Ukrayna dövlət qüvvələri ötən sutka ərzində Luqanskın Kalinovo bölgəsini minaatanla atəşə tutublar. Lakin bu hücumlarda heç kim xəsarət almayıb.

Minsk iclasında əldə olunan anlaşmaya əsasən, 30 apreldən Luqanskda təmas xəttində atəşkəs icra olunur.

Qeyd edək ki, Luqansk və Donestk müxalifləri və rəsmi Kiyev bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Teqlər