İyul 01, 2016 10:41 Asia/Baku
  • Putin və Olland Qarabağ haqda danışdılar

Rusiya və Fransa prezidentləri bir telefon söhbətində Qarabağ münaqişəsi və məntəqənin son durumu habelə, bu münaqişənin həlli üzrə atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

İRNA-nın məlumatına görə Vladimir Putin fransalı həmkarı Fransua Ollandı Minsk Qrupunun həmsədlərindən biri olaraq, Sankt-Peterburqda baş tutan Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşlə bağlı məlumatlandırıb.

Putin və Ollan baş tutan bu telefon danışığında həmçinin ümidvarlıq ediblər ki, Sankt-Peterburq görüşünün nəticələri Qarabağ sülh müzakirələrinin irəliyə doğru aparılmasında təsirli olsun.

Rusiya, Amerika və Fransa Minsk Qrupunun həmsədr ölkələridirlər. Bu qrupun yaradılmasından 20 ildən çox zamanın ötməsinə baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb.