Amerikalıların polis zorakılığı və insidentlərə qarşı aksiyaları
ABŞ-ın Luiziana ştatında bir qaradərilinin ölümü ilə nəticələnmiş iki amerikalı ağdərili məmurun atəş açması barədə videoçarxın yayılmasının ardınca bütün ştatı etirazlar bürüyüb.
ABŞ polisinin ağdərili məmurlarının Luiziana ştatında bir qaradəriliyə atəşaçmaları bu qaradərilinin bir satış mərkəzinin kənarında əhalini silahla hədələməsi haqda yayılan məlumatlardan sonra baş verib.
Təhqiqatlar göstərir ki, bu hadisə qurbanı olan 37 yaşlı Alton Sterlinq olub. O, döş qəfəsində və belindəki yaraların ağırlığı üzündən dünyasını dəyişib.
Etirazçılar aksiya keçirərək, hadisə məkanına çıxan küçələri və şose yollarını bağlayıblar.
Hər il ABŞ polisinin atəş açmaları nəticəsində mindən çox insan həyatını itirir və bu şəxslərin əksəriyyəti polisin ayrı-seçkilik və qeyri-münasib rəftarları ilə üzləşən qaradərililər olur.