İyul 14, 2016 13:15 Asia/Baku
  • Amerika prezidenti Barak Obama nüvə anlaşmasını pozan layihələri veto edəcək
    Amerika prezidenti Barak Obama nüvə anlaşmasını pozan layihələri veto edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası bir layihə qəbul edib. Layihəyə əsasən, İrandan ağır suyun satın alınması qadağan edilir.

Röyters-in məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatası dünən İrandan ağır suyun satın alınmasının qadağan edilməsi layihəsini 249 lehinə və 176 əleyhinə səslə qəbul edib.

Lehinə səslərin əksər hissəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında əksəriyyətə malik olan respublikaçılara aiddir.

Barak Obama hökuməti aprel ayında bildirmişdi ki, İrandan 8,6 milyon dollar dəyərində ağır su satın alınacaq.

Ağ Ev bundan öncə qanunvericilərin ABŞ Konqresinə verdikləri anti-İran qətnamə layihələri ilə müxalifət edərək, vurğulayıbdır ki, Amerika prezidenti Barak Obama nüvə anlaşmasını pozan layihələri veto edəcək.

Teqlər