İyul 17, 2016 17:02 Asia/Baku
  • Ermənistanda 1 polis öldürülüb, 2 polis əməkdaşı yaralanıb
    Ermənistanda 1 polis öldürülüb, 2 polis əməkdaşı yaralanıb

Bu gün bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan yaxınlığında bir polis idarəsini zəbt edib.

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.

“RİA Novosti” nin verdiyi məlumata görə, silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

 

Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Polis idarəsi ordu birlikləri tərəfindən mühasirəyə alınıb. Hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

 

Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.

Silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

 

Teqlər