İyul 23, 2016 20:08 Asia/Baku
  • Ərdoğan Avropanın mövqeyini qərəzli adlandırıb
    Ərdoğan Avropanın mövqeyini qərəzli adlandırıb

Türkiyə prezidenti Avropa Birliyini Ankaraya qarşı qərəzli və tərəfkeş mövqedə ittiham edib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Frans24 telekanalına verdiyi açıqlamada deyib: AB ziddiyyətli bəyanatlarla çıxış edir, qərəzli və tərəfkeş hərəkətlər edir və Türkiyəyə qarşı qərəzli rəftarlarını davam etdirirlər. 

Türkiiyədə bu gün bir rəsmi bəyanat yayıldı həmin bəyanata görə, bu ölkə şübhəli bilinən şəxsləri 30 gün müddətinə ittihamsız həbs edə biləcək. Bu tədbirlər fövqəladə vəziyyət çərçivəsində həyata keçir və 30 gündən sonra hakim şübhəli şəxsin həbsinin davam edib etməməsini müəyyənləşdirəcək. 

Türkiyənin Avropa Birliyinə üzvlük üzrə uzun sürən istəyi, bu ölkədə edam hökmünün bərpa edilməsi barədə gedən söz-söhbətlərə görə qaranlıq vəziyyətdədir. 

Almaniya dövlətinin sözçüsü ölkəsinin hazırkı şəraitdə Türkiyənin AB-yə üzvlüyü barədə müzakirələrin davam etdirilməsinin əleyhinə olduğunu bildirib.