İyul 24, 2016 14:08 Asia/Baku

Çin dünyanın ən böyük quru-su təyyarəsinin təqdimatını keçirib.

AG-600 adlı təyyarə həm quru, həm də suya eniş edə bilən təyyarədir. 

AG-600 təyyarəsindən meşə yanğınları, dəniz xilası əməliyyatlarında istifadə olunacaq. 

Ekspertlərin hava nəqliyyatında Çin üçün dönüş nöqtəsi hesab etdikləri  bu təyyarənin istehsalı şənbə günü Cohay şəhərində başlanıb. 

53,5 ton yükü daşımaq qabiliyyətinə malik bu nəhəng dəyyarə maksimum 4500 km məsafəni qət edə bilər. 

Dünyanın ən böyük su-quru təyyarəsi təxminən Boeing-737 təyyarəsi ölçüsündədir.