İyul 30, 2016 19:51 Asia/Baku
  • Ukrayna 243 rus şirkətini boykot edib
    Ukrayna 243 rus şirkətini boykot edib

Ukrayna Qərbin Rusiyaya qarşı sanksiyalarına əsasən, 243 rus şirkətini boykot edib.

İqtisadi və qeyri-iqtisadi sahələrdə fəaliyyət göstərən bu şirkətlər ukraynalı şirkətlərlə işləmək və ya həmkarlıq etmək icazəsinə malik deyillər.

Kiyev yeni sanksiyaların dəlilini bu rus şirkətlərin Ukraynada müxaliflərin nəzarətində olan Donbasda iştirak etmələri adlandırıb. Rusiyanın boykot edilməsi qərarı Ukrayna Təhlükəsizlik Təşkilatının informasiyasına əsasən çıxarılıb. 2014-cü ildən, yəni Ukraynanın ozamankı hökumətinin süqut etməsindən, yeni hökumətin qurulmasından və bu ölkənin şərqində ruspərəst yarımhərbçilərin döyüşlərinin başlanmasının ardınca Kiyev və Moskva çox gərgin əlaqələrə malikdirlər.