İyul 30, 2016 20:17 Asia/Baku
  • İtaliya müsəlmanları xristianlarla birlik üçün kilsələrə gedəcəklər
    İtaliya müsəlmanları xristianlarla birlik üçün kilsələrə gedəcəklər

Fransada bir İŞİD ünsürü tərəfindən fransız bir keşişin qətlə yetirilməsinin ardınca İtaliya müsəlmanları xristianlarla həmrəylik nişanəsi olaraq, bazar günü bu ölkənin müxtəlif şəhərlərində kilsələrə gedəcəklər.

IRNA-nın Ray Nyus xəbər kanalına istinadlı məlumatına görə, sabah müsəlmanlardan ibarət heyətlər İtaliyadakı islami icma və islami icmalar birliyinin himayəsilə Fransadakı müsəlmanlar kimi dini mərasimlər başlanmazdan öncə müxtəlif şəhərlərdəki bəzi kilsələrə gedərək, fransız keşişin qətlinə görə, xristanların kədərilə bölüşəcəklər.