Avq 24, 2016 10:01 Asia/Baku
  • Türkiyə Carablosun geri alınması üçün suriyalı üsyançıları dəstəkləyir
    Türkiyə Carablosun geri alınması üçün suriyalı üsyançıları dəstəkləyir

Türkiyə Carablos şəhərinin İŞİD terror qruplaşmasından gerni alınması üçün suriyalı müxalifləri dəstəkləyir.

France 24 telekanalının məlumatına görə, Türkiyə sərhədində Suriyanın Carablos şəhəri İŞİD terror qruplaşmasının nəzarətindədir. 

Türkiyə bu bölgədə terrorçuları hədəfə almağı düşünür. Buna görə, Suriya üsyançılarına hava dəstəyi təklifi irəli sürüb. Türkiyə kürdlərin Carablos şəhərini ələ keçirməsinə mane olmağa çalışır. 

Carablos şəhərində polis qüvvələri reyd keçirməkdədir. İstənilən təhlükənin qarşısını almaq məqsədilə şəhər sakinləri təxliyə olunub. Türkiyə ordusu da sərhəddə tanklarını yerləşdirib. İŞİD terror qruplaşması Türkiyədə sərhəd Kilis şəhərinə hücum edib. Hücumda tələfat olmayıb. 

Türkiyənin arsenalı Carablosdan əlavə Mənbici də öz çevrəsinə alır və Mənbic şəhərində kürd qüvvələri hədəfə alıb.