Avq 24, 2016 12:01 Asia/Baku
  • Skot Bentin
    Skot Bentin

ABŞ ordusunun sabiq zabiti Skot Bentin qənaətincə, Suriyanın BMT-dəki nümayəndəsinin Şərqi Qutədə kimyəvi hücumlarda Fransa təhlükəsizlik xidmətlərinin əlinin olmasına dair açıqlaması həqiqətə əsasən olmuşdur.

Press TV-nin məlumatına görə, qərbin təhlükəsizlik xidmətlərinin bu hücumda müdaxiləsinin nə qədər təsəvvür olunması və həqiqətə yaxın olmasına dair suala cavabda Bent deyib: Fikrimcə, bu hadisə dəqiq baş vermişdir. Bu hücumlar mütləq ABŞ, Fransa və İngiltərənin təhlükəsizlik və xəfiyyə orqanlarının müdaxiləsi ilə baş vermişdir. Bu qruplar bir müddətn öncədən kimyəvi hücumu həyata keçirmək üçün səylərini birləşdirmişdilər. Çünki belə hadisə dünyanın hiddətlənməsi və emosiyaların gərginləşməsinə səbəb ola bilərdi. Və Suriya hökuməti əleyhinə və Bəşşar Əsədi devirmək üçün birbaşa hərbi müdaxiləyə dəstəyi qazanmaq üçün Avropa ölkələrində ictimai hərəkatı aktivləşdirmək üçün ən asan yol idi. Bu, qərblilərin Suriya üçün hazırladığı proqram idi. Hazırda Suriya bu iddianı irəli sürmək və onu isbatlamaq üçün tənha deyildir. Rusiya, Çin və İran kimi böyük qüdrətlər ixtiyarlarında olan informasiya imkanları ilə bu iddianı sübut etmək üçün Suriyaya kömək edə bilərlər. Belə ki, Qutəyə kimyəvi hücumun qərblilərin müdaxiləsi ilə həyata keçirildiyi aydınlaşsın. Buna görə, Suriya BMT-də öz iddiasını sübut etmək üçün çoxlu imkanlara sahib olacaqdır. 

O deyib: Sərhədsiz Həkimlər Təşkilatı da Fransanın xəfiyyə qurumlarına informasiya sızdırmaqda ittiham olunur. Fransa öz müstəmləkəçilik keçmişinə görə, Suriyanı ələ keçirmək ardınca olmuşdur. Suriya bir müddət Fransanın müstəmləkəsi olmuşdur. Hazırda bu ölkəyə bir növ mülkiyyət hissi vardır. Mən düşünürəm ki, bu səylərdə bir nəticəyə varmayacaq. 

Teqlər