Avq 28, 2016 19:55 Asia/Baku
  • Qaradərililər ABŞ polisinin kobudluğunun qurbanıdırlar
    Qaradərililər ABŞ polisinin kobudluğunun qurbanıdırlar

Bir amerikan qəzet ABŞ polisinin atəşləri ilə ötən altı ildə onlarla nəfərin öldürülməsi və yaralanmasından xəbər verib.

"Çikaqo Tribyun" qəzeti öz intenet portalında bu ölkə polisinin kobudluğuna toxunaraq, yazıb: Amerikanın Çikaqo ştatının polis zabitləri 2010-cu ildən 2015-ci ilədək olan müddətdə 92 nəfəri öldürüb, 170 nəfəri də yaralayıblar.

İnformasiyası bu qəzet tərəfindən həmin illər ərzində Çikaqo polisinin bütün atəşaçmlarının analiz edilməsindən sonra toplanmış həmin məlumatın davamında deyilir ki, polisin atəş açdığı hər beş nəfərdən dördü qaradərili olub.

"Çikaqo Tribyun" qəzetinin statistikası həmçinin ondan xəbər verir ki, Çikaqo polisi hər beş gündən bir bir nəfərə atəş açıb və bu, göstərir ki, bu ştatda polis zorakılığı Amerikanın Los-Anceles, Nyu-York, Hyuston və Filadelfiya kimi digər məntəqələrinə nisbətən çox olubdur.