Sen 01, 2016 10:26 Asia/Baku
  • Amerikalı qadın jurnalist Türkiyədə həbs edildi
    Amerikalı qadın jurnalist Türkiyədə həbs edildi

ABŞ rəsmiləri avqust ayının əvvəllərində amerikalı bir qadın jurnalistin Suriyadan qaçdıqdan sonra Türkiyədə hərbi zonaya daxil olmasına görə həbs edilməsindən xəbər veriblər.

Fransa xəbər agentliyinin Vaşinqtondan verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kerbi deyib: Lindsey Snell avqustun 6-da həbs edilib və ABŞ diplomatları 26 avqustda onunla görüşməyə nail olublar. 

Lindsey Snell Amerikanın MSNBC və ABC telekanalları habelə, Vice News informasiya portalına işləyirmiş. 

O, öz Facebook səhifəsində yazdığına görə Florida Ştatı, Daytona Beach şəhərindəndir. Florida Universitetinin məzunudur. O, müsəlmandır və sosial şəbəkələrdəki fotoşəkilləri də hicablıdır. 

L.Snellin Facebook və Tvitter səhifəsində paylaşdığı ən son yazı 5 avqusta aiddir. O, motosikletli bir kişinin köməyi ilə Suriyadan qaçmasından öncə 10 gün müddətinə Ənnüsrə Cəbhəsinin əsirliyində olduğunu bildirib. 

Con Kerbi həmçinin deyib: Lindsey Snell Türkiyədə həbs edilib. O, Suriyadan Türkiyəyə qaçıb. Və indi Türkiyənin  Hatay vilayətində həbsdədir. 

Kerbinin dediyinə görə, Snell hərbi zonaya daxil olduğu üçün həbs edilib. 

Con Kerbi Lindsey Snellin hansı məqsədlə Suriyaya getdiyi barədə məlumatı olmadığını bildirib. 

Teqlər