Sen 06, 2016 12:35 Asia/Baku
  • Ukrayna “İnter” telekanalı yanğını ilə əlaqədar altı nəfərin saxlandığını bildirir
    Ukrayna “İnter” telekanalı yanğını ilə əlaqədar altı nəfərin saxlandığını bildirir

Ukraynanın paytaxtı Kiyev şəhərində bir qrup nümayişçinin "İnter" telekanalının binası qabağındakı etiraz aksiyasından sonra binada yanğın baş verib.

Sentyabrın 4-də axşam radələrində kanal binasının qabağında bir araya gələn qrup binanın giriş yerində avtomobil təkərini yandırıb və binanın divarına “İnter-Moskvanın casusu” deyə yazıb.

Nümayişden sonra binada yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, kanal işçiləri binadan çıxarılıb. Daha sonra yanğın söndürülüb.

 “İnter” telekanalından verilən açıqlamada yanğın nəticəsində studiyanın yararsız hala düşdüyü bildirilib.

Ukrayna Daxili İşlər naziri Arsen Avakov 31 avqustda Ukrayna kəşfiyyatına çağırış edərək, “İnter” telekanalın xəbər siyasətini müəyyənləşdirən Rusiya Federasiyası vətəndaşı İqor Şuvalovun ölkədən çıxarılmasını istəmişdi.

Qeyd edək ki, “İnter” telekanalı 1996-cı ildən bəridir Ukraynada yayımlarını davam etdirir. Çoxları onu rusiyapərəst televiziya kanalı adlandırıb.

Ukrayna hakimiyyəti yanğınla əlaqədar altı nəfərin saxlandığını bildirir.

Ukrayna Prezidenti Petro Poroshenko, Ukrayna jurnalistlər birliyi də bu hücumu pisləyib.

 

Teqlər