Sen 25, 2016 12:01 Asia/Baku
  • BMT TŞ-nin Suriya barədə iclasının çağırılması istənilib
    BMT TŞ-nin Suriya barədə iclasının çağırılması istənilib

İngiltərə, Fransa və ABŞ Suriyanın durumu ilə bağlı BMT Təhlükəsizlik Şurası üzvlərinin təcili iclasının çağırılmasını istəyiblər.

BMT diplomatları dünən gecə Frans-Press-ə deyiblər ki, ehtimal üzrə, bu iclas Qrinviç vaxtı ilə bazar günü saat 14-də keçiriləcək.

Bu məlumata əsasən, Suriyanın ordu qüvvələri terror qrupları ilə döyüşlərin davamında Hələb şəhərinin şimal-qərbində yerləşən "Həndərat" fələsinli didərginlər düşərgəsinin nəzarətini ələ ala biliblər.

Suriyanın xarici işlər naziri Vəlid Əlmuəllim də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bildirib ki, Suriya xalqı terrorçuluğun əvəzini öz qanının axıdılması, öz həyatı və ölkəsinin iqtisadiyyatının məhv edilməsilə ödəyir.

Suriyanın xarici işlər naziri habelə bu ölkədəki terror qruplarına dəstək verdiklərinə görə, Qətər və Ərəbistanı tənqid edib, İran ilə Rusiyanı isə terrorizmlə döyüşdə ölkəsinin real dostları adlandırıb.