Sen 25, 2016 16:34 Asia/Baku
  • Almaniyada etiraz aksiyası
    Almaniyada etiraz aksiyası

Əfğanların Almaniyadan qovulmalarına dair Berlin ilə Kabil arasında əldə olunan razılaşmadan sonra Almaniyadakı əfqanlar etiraz aksiyası keçiriblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, yüzlərlə miqrant dinc aksiya keçirərək, Almaniya ilə Əfqanıstan arasında əfqan miqrantların Almaniyadan çıxarılmalarına dair əldə olunan razılaşmaya öz etirazını bildirib. Aksiiyaçılar əllərində plakatlar tutaraq, Əfqanıstan dövlətindən Avropa rəsmilərinə həqiqəti söyləməsini istəyiblər. Bəzi plakatlarda Əfqanıstan dövləti və bu ölkənin prezidentinə qarşı şüarlar müşahidə olunub. 

Deyilənlərə görə, bu aksiyada 4 mindən çox əfqan iştirak edib. Nümayişkilər Almaniyanın digər vilayətlərində də oxşar aksiyalar keçiriblər. 

Əfqanıstan xarici işlər nazirinin müavini Nəsir Əhməd Əndişə bildirmişdi ki, Kabil ilə Berlin arasında əldə olunmuş razılşamaya əsasən, Almaniya hər həftə 50 ərqan miqrantı Əfqanıstana qaytaracaq.