Sen 29, 2016 12:27 Asia/Baku
  • Türkiyədə fövqəladə vəziyyət uzadılacaq
    Türkiyədə fövqəladə vəziyyət uzadılacaq

Uğursuz 15 iyul çevrilişinin ardınca Türkiyədə bərqərar edilmiş üç aylıq fövqəladə durum uzadılacaq.

IRNA-nın məlutmatına görə, bu qərar dünən Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın başçılığı altında keçirilən bu ölkənin milli təhlükəsizlik şurası üzvlərinin altı saatlıq iclasında çıxarılıb.

Bu iclasın sonunda yayılmış məlumatda Türkiyə dövlətinə təklif edilibdir ki, ölkədəki fövqəladə durumun uzadılması istiqamətində addım atsın.

Türkiyə parlamenti 15 iyul uğursuz çevrilişinin ardınca dövlətin ölkədə fövqəladə vəziyyətin elan olunması haqdakı qətnamə layihəsini qəbul etmişdi.

Gözlənilir ki, Türkiyə dövləti şənbə günü- oktyabrın birində qanunvericiliyin yeni dövrünün başlanmasından sonra fövqəladə vəziyyətin uzadılması layihəsini məclisə təqdim edəcək.

Fövqəladə vəziyyət bu ölkə dövlətinə parlmanetdən yan keçərək, ölkənin idarəçiliyində geniş ixtiyarlar verir.

Türkiyə dövləti indiyədək öz ixtiyarlarından istifadə edərək, yüz minə yaxın dövlət qulluqçusunu dövlət orqanlarından təmizləyibdir. Bu dövlət habelə minlərlə şirkət, cəmiyyət, universitet, təhsil, maliyyə və tədqiqat müəssisəsi, eləcə də bir neçə meriyanı ya bağlayıb. ya da ki, onların müdiriyyətini özünün təyin etdiyi başçılara tapşırıbdır.

Teqlər