Noy 03, 2016 13:27 Asia/Baku
  • Amerikada benzin nəqli boru kəmərində yanğın
    Amerikada benzin nəqli boru kəmərində yanğın

Amerika rəsmiləri Alabama ştatında benzin nəqli boru kəmərində yanğının iki gündür davam etdiyini bildiriblər.

Hadisə ilə bağlı qeyd edək ki, iki gün öncə bu boru kəmərində partlayış bir işçinin ölməsi və 5 nəfərin yaralanması ilə nəticələnib. Yanğın partlayışdan sonra başlayıb. 

Bu boru kəmərini idarə edən şirkət yetkililəri bu haqda deyiblər: Bölgədə yanğının davam etməsi bu boru kəmərində benzinin hələ də olduğunu göstərir. 

Aparılan son dəyərləndirmələrə görə, qeyd olunan yanğın 168 min qalon benzinin yanmasına səbəb olub. Bu boru kəməri Amerikanın cənub-şərq ştatlarına benzini nəq edən əsas boru kəmərlərindən biridir. 

Teqlər