Noy 09, 2016 12:34 Asia/Baku
  • Hillari Klinton
    Hillari Klinton

Hillari Klintonun seçki qərargahı Amerikanın bir çox ştatlarında səslərin yenidən sayılmasını istəyib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, bütün mediyaların ABŞ-da prezident seçkilərinin nəticələri barədə yayılan statistikaları etibarlı hesab etmələrinə rəğmən Klintonun seçki qərargahı bu nəticələri ən azından iki namizədin səslərinin biri-birinə yaxın olduğu ştatlarda qəbul etmədiyini bildirib. Beləliklə 2000-ci ildə Florida sennarisi təkrarlanmaqdadır, başqa sözlə H.Klintonun seçki qərargahı iki tərəfin səslərinin biri-birinə yaxın olduğu bütün ştatlarda səslərin yenidən sayılmasını tələb edəcək. 

Donald Tramp seçkilərdə qalib gəlməyəcəyi təqdirdə seçkilərin nəticəsini tanımayacağını bildirmişdi, indi belə görünür ki , H.Klintonun seçki qəragahı da ən azından seçkilərin sağlamlığından əmin olmayınca onun nəticələrini tanımayacağı mesajını verir. 

Teqlər