Noy 29, 2016 20:12 Asia/Baku
  • C.Steiniin Viskonsin ştatında səslərin əllə sayılması təklifi rədd edilib
    C.Steiniin Viskonsin ştatında səslərin əllə sayılması təklifi rədd edilib

Amerika Birləşmiş Ştatlarında son prezident seçkilərinə Yaşıllar Partiyasından namzədin Viskonsin ştatında səslərin əllə yenidən sayılması istəyi bu ştat rəhbərləri tərəfindən rədd edilib.

Cavan müxbirlər klubunun verdii məlumata görə, Cil Estein Donald Trampın qələbəsində boyük rol oynayan Viskonsin, Pensilvaniya və Mişiqan ştatlarında səslərin əllə sayılmasını təklif etmişdi. 

Stein ötən həftə bu istəyini yazılı şəkildə Viskonsin ştatının seçki komissiyasına təqdim etmişdi. 

Tramp bu təklifə münasibət bildirərkən deyib: Seçkilərin nəticələrini sual altına almaqdansa xalqın səsinə hörmət etmək lazımdır. 

ABŞ-da son prezident seçkilərinin Demokrat Partiyasından olan məğlub namzədi Hillari Klinton Steinin bu təklifini dəstəkləmişdir.

 

Teqlər