Noy 30, 2016 11:06 Asia/Baku
  • Şimali Dakotada etiraz
    Şimali Dakotada etiraz

Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatının polis rəsmiləri bu ştatın icra başçısının göstərişindən sonra etirazçıların toplaşdıqları əraziyə ilkin ehtiyacların gətirilməsinə qadağa qoyublar. Etirazçılar qalmaqallı bir kəmərin çəkilişinə qarşı aksiya keçirirlər.

Bu barədə məlumatın yayılması və geniş reaksiyalara səbəb olmasından sonra ştat rəhbərliyi etirazçıların düşərgəsinin ətrafında fiziki maneələr yaratmaq qərarından geri dönüb, amma əraziyə zəruri məhsulların çatmasına mane olacağını bildirib. 

İcra hakimiyyətinin sözçüsü Cef Zent Röytersə deyib: Rəhbərlik fiziki maneələr yaratmağın əvəzinə zəruri məhsullar və ərzaq mallarını daşıyan maşınların əraziyə daxil olacağı təqdirdə onlara min dollara qədər cərimə təyin edib. 

ABŞ-ın Şimali Dakota ştatında 1885 kilometrlik neft kəmərinin çəkilməsinə qarşı etirazlar bir aydır başlanıb. Daha çox qırmızı dərililərdən olan etirazçılar neft kəmərinin ştatın su ehtiyatlarını çirkləndirməklə yanaşı qırmızı dərililərin müqəddəs ərazilərinin dağıdılmasına səbəb olacağını bildirirlər.

Nümayişçilər bir neçə həftədir ki, bu layihənin icra olunduğu ərazidə çadır quraraq, havanın şaxta olması və polisin qadağalarına rəğmən ərazini tərk etmək istəmirlər. 

Teqlər