Dek 06, 2016 20:21 Asia/Baku
  • Rusiya və Türkiyə Suriya haqda müzakirə aparıblar
    Rusiya və Türkiyə Suriya haqda müzakirə aparıblar

Türkiyə baş naziri Binəli Yıldırım Rusiya rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Moskvaya daxil olub və Rusiya səfərinin əvvəlində rus həmkarı ilə görüşüb.

Bu görüşdən sonra Rusiya və Türkiyə baş nazirləri müştərək mətbuat konfransı keçirib və jurnalistlər qarşısına çıxıblar.

Dmitri Medvedyev bu mətbuat konfransında deyib: Rusiya və Türkiyə ortaq addım və səylərlə ikitərəfli əlaqələrdə yeni səhifə açmışlar.

Rusiya baş naziri həmçinin bildirib ki, bu ölkə çox yaxın gələcəkdə Türk Axını anlaşmasını təsdiqləyəcək.

Bir müddət öncədən Atom Elektrik Stansiyasının inşası üçün Rusiya ilə müzakirədə olan Türkiyənin baş naziri bu mətbuat konfransında Akoyo AES-nin inşasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

Binəli Yıldırım iki ölkənin keçmiş əlaqələrinin dirçəldilməsini qeyd edərək Rusiyadan Türkiyəyə turist səfərlərinin öncəki səviyyəyə qayıtmasına ümidvarlıq edib.

Bu layihənin imzalanması üzrə Rusiya və Türkiyə müzakirələri ötən il Türkiyə ordusunun Suriya səmasında Rusiya qırıcısını vurması ilə dayandırıldı. Lakin sonda Ankara öz hərəkətinə görə rəsmi şəkildə Kremldən üzr istədi və iki ölkə boru kəməri barəsində öz müzakirələrinə yenidən başladı.

Teqlər