Dek 07, 2016 18:10 Asia/Baku
  • Myanma hərbçilərinin müsəlmanlara hücumları artıb
    Myanma hərbçilərinin müsəlmanlara hücumları artıb

Myanma hərbçiləri və radikal buddistlərin müsəlmanlara hücumlarının artması minlərlə ruhingiyalı müsəlmanlın didərgin düşməsi və Banqladeşə üz tutmasına səbəb olub.

İRNA-nın məlumatına görə, Banqladeş Beynəlxalq Miqrasiya Təşkilatının ofis sədri Senca Kata Sehani Dakkada verdiyi açıqlamada ruhingiyiyalı müsəlmanların insan faciəsi ilə üzləşdiyini bildirib və beynəlxalq ictimaiyyətin diqqət yetirməsini istəyib. 

Qeyri-Hökumət Təşkilatlarının məlumatına görə, hərbçilər və radikal buddistlər müsəlmanlara hücum etməklə, onların evlərini yandırmaqla Myanmada dini təmizləmə niyyətindədirlər. 

Myanma hökuməti həmçinin jurnalistlərə Ruhingiya müsəlmanlarının radikal buddistlər və dövlət qüvvələrinin hücumuna məruz qaldığı bölgələrə getmək icazəsi vermir. 

Məlumatlara görə, azı 30 min Ruhingiya müsəlmanı öz evini tərk etməyə və Malayziya, Banqladeş, Hindistan və Tailanda sığınmağa məcbur olub. 

Banqladeş hökuməti də ruhingiyiyalı müsəlmanların öz ölkələrinə qayıtmalarını istəyir. 

Ötən gün yüzlərlə Banqladeş vətəndaşı Myanmanın Dakkadakı səfirliyi qarşısına toplaşaraq bu ölkədə müsəlmanların soyqırımına etiraz edib. 

Myanma hökuməti Ruhingiya müsəlmanlarını banqladeşli qeyri-qanuni miqrantlar hesab edir və onlara vətəndaşlıq haqqı verməkdən çəkinir. 

Teqlər