Dek 10, 2016 12:55 Asia/Baku
  • ABŞ-ın BMT TŞ-dən kənar Suriyaya qarşı səyləri

ABŞ ilə müttəfiqlərinin BMT-nin Təhlükəsizlik Şurasında anti-Suriya qətnamələrinin qəbul etdirilməsində nakam qalmalarının ardınca bu ölkənin BMT-dəki daimi nümayəndəsi xəbərdarlıq edib ki, Vaşinqton bu şuradan kənarda Dəməşqə qarşı addımlar axtarır.

IRNA-nın məlumatına görə, Amerikanın BMT-dəki daimi nümayəndəsi Samanta Pover bu təşkilatın baş assambleyasının Kanadanın təklif etdiyi qətnamə layihəsinin araşdırılması üzrə dünənki yığıncağından öncə Skay-Nyus telekanalına deyib: BMT-nin Təhlükəsizlik Şurasından kənarda Dəməşqə qarşı hər cür addım üçün səy göstərəcəyik.

Samanta Pover deyib: BMT-nin Təhlükəsizlik Şurasında anti-Suriya qətnaməsini qəbul etdirə bilmədik. O, sonra deyib ki, Suriyanın beynəlxalq təcridi ardıncadır.

Rusiya və Çin ötən bazar ertəsi günü BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın Hələb şəhərində bir həftəlik müvəqqəti atəşkəsin bərqərar olunması üzrə digər bir qətnamə layihəsini veto etmişdilər.

Rusiya bu qənaətdədir ki, razılaşdırılmış çoxlu sayda atəşkəs yalnız terrorçuların öz qüvvələrini təzələmələri və mövqelərini möhkəmlətmələri üçün bir fürsət olub və müharibə gedən məntəqələrin ağır vəziyyətinin şiddətlənməsilə nəticələnibdir.

Kanadanın Suriya barədə təklif etdiyi qətnamə layihəsi dünən gecə BMT Baş Assambleyasının 122 üzvünün lehinə səsilə qəbul olunub. On üç ölkə bu layihənin əleyhinə, 36 ölkə isə bitərəf səs veribdir.

Teqlər