Dek 11, 2016 12:01 Asia/Baku
  • Türkiyə prezidenti İstanbul terror aktlarını pislədi
    Türkiyə prezidenti İstanbul terror aktlarını pislədi

Rəcət Təyyib Ərdoğan İstanbulda onlarla insanın ölməsi və yaralanmasına səbəb olan terror aktlarını qınayıb.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bir bəyanat yayaraq, şənbə günü axşam saatlarında İstanbulda törədilən terror aktlarını qınayıb və bildirib: Terror bir daha öz çirkin simasını göstərdi və təəssüflər olsun ki, bir qrup vətəndaşımız İstanbul terror hücumlarında həyatını itirdi və yaralandı.

Ərdoğan daha sonra deyib: Kim və hansı formada törədilməsindən asılı olmayaraq, terror aktları vahid məqsədə xidmət edirlər. Amma, Türkiyə istənilən növ terrorizm ilə mübarizəni onun köklərinin qurudulması zamanına kimi davam etdirəcək və bu yolda son dərəcə qətiyyətlidir. 

Şənbə günü axşam saatlarında İstanbulda Beşiktaş Vodafone Arena Stadionu yaxınlığında, Beşiktaş-Bursaspor maçının ardınca iki ayrı terror saldırısı meydana gəldi. Partlayışlar nəticəsində 27-si polis əməkdaşı olmaqla 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb.

Teqlər