Dek 12, 2016 09:52 Asia/Baku
  • vəhdət həftəsi
    vəhdət həftəsi

Bu gün, 1438-ci h.q. ili rəbiuləvvəl ayının 12-si və 2016-cı il dekabrın 12-si, rəvayətə görə, İslamın Böyük Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in mövludunun ildönümü günü və vəhdət həftəsinin başlandığı gündür.

Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə bu ayın 17-ni İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü bilirlər.

Özü İslam dünyasında vəhdət carçılarından olmuş Həzrət İmam Xomeyni(r.ə.) bu məsələdən islami qrupların yaxınlaşmaları və birliyi üçün istifadə etdi və iki tarix, yəni rəbiuləvvəlin 12-si ilə 17-si arasındakı müddəti vəhdət həftəsi adlandırdı.

Bu həftə xüsusən fitnə və çaxnaşmalarla dolu olan hazırkı zamanda İslam dünyasının birliyi və həmrəyliyi vacibliyini daha artıq araşdırmaq üçün münasib bir fürsətdir.

Hərçənd müxtəlif məzhəblərdən olan müsəlmanlar bəzi rəy və hökmlərdə fikir ayrılığına malikdirlər, amma onlar vahid Allaha, eləcə də eyni səmavi kitab, peyğəmbər və qiblə kimi çoxlu sayda ortaqlığa malikdirlər.

Həmçinin müsəlmanlar namaz, orucluq, həcc, zəkat və sair kimi mühüm ibadətlərin həyata keçirilməsində fikir birliyinə malikdirlər.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in mövludu ilə bəzənmiş mübarək vəhdət həftəsinin başlanğıcında bu bu mübarək münasibətlə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər