Dek 22, 2016 14:52 Asia/Baku
  • Səfirin qatili çevrilişdən sonra 8 dəfə Ərdoğanın şəxsi cangüdəni olubdur
    Səfirin qatili çevrilişdən sonra 8 dəfə Ərdoğanın şəxsi cangüdəni olubdur

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu atəş açaraq öldürmüş 22 yaşlı Mövlud Mərt Altın Taş Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın cangüdənlərindən biri olubdur.

Altın Taş Türkiyədəki uğursuz iyul çevrilişindən sonra 8 dəfə Ərdoğanın şəxsi cangüdəni olubdur. İki il yarım müddətinə Ankarada xüsusi təyinatlı polis bölməsində işləmiş Altın Taş Türkiyə prezidentinin ikinci təhlükəsizlik halqasında olubdur.

Ərdoğan dünən Fəthullah Güləni bu hücumun amili adlandırıb. Ərdoğan bundan öncə Güləni bu ölkədə uğursuz çevrilişdə məsuliyyət daşıyan tərəf kimi təqdim etmişdi.

Belə bir halda, Kreml ittiham vurmadan bildiribdir ki, Altın Taşın ehtimal olunan əlbirləri barədə fikir söyləmək hələ çox tezdir.

Kremlin sözçüsü Dmitri Peskov deyib: Müstəntiqlərin bizim səfirin terror edilməsinin arxasında hansı kəsin durduğunu aydınlaşdırmalarından öncə heç bir nəzəriyyə irəli sürməməliyik.

O, söyləyib: Bu qətl mütləq Türkiyənin etibarı və heysiyyətinə qarşı bir zərbə olubdur.

Rusiya bu məsələni araşdırmaq üçün Ankaraya 18 kəşfiyyat zabitini göndərib.

Həmçinin Türkiyə mediaları dünən xəbər veriblər ki, ola bilsin, Altın Taşın mobil telefonu daha artıq araşdırma üçün Moskvaya göndərilmiş olsun.

Teqlər