Dek 28, 2016 12:15 Asia/Baku
  • 3 min nigeriyalı öz ev-eşiklərinə qayıdıb
    3 min nigeriyalı öz ev-eşiklərinə qayıdıb

İğtişaşlar və zorakılıqlar üzündən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış 3 mindən çox nigeriya vətəndaşı 2 il davam edən müharibə və toqquşmalardan sonra durumun müəyyən qədər yaxşılaşması və yolların yenidən açılmasından sonra öz evlərinə qayıdıblar.

PressTv-nin verdiyi məlumata görə, sözü gedən didərginlər qonşu Niger ölkəsində məskunlaşmışdılar. Nigeriya ordusu son həftələr ərzində Bokoharam yaraqlılarına qarşı geniş əməliyyatlara başlayıb və onları ölkənin şimal şərqində yerləşən Damasak bölgəsindən qova bilib. Nigeriya ordusunun gözə çarpacaq qələbələrinə baxmayaraq təkfirçi Bokoharam qrupunun üzvləri hələ də ölkənin şimal şərq bölgələrinə eləcə də qonşu Niger, Çad və Kameron ölkələrinə qarşı hücumlarını davam etdirirlər. 

Teqlər