Dek 29, 2016 13:56 Asia/Baku
  • Tramp: BMT dünyadakı bir çox problemin səbəbkarıdır

Amerikanın seçilmiş prezidenti BMT-ni dünyanın bir çox probleminin səbəbkarı adlandırıb.

ISNA-nın məlumatına görə, Amerikanın seçilmiş prezidenti Donald Tramp BMT-nin çox böyük qabiliyyətlərə malik olduğunu və bu qabiliyyətlərdən ən yaxşı tərzdə istifadə edilməsi vacibliyini dilə gətirərək, deyib ki, bu təşkilat problemləri həll etmək yerinə, özü bir çox problemlərin amilidir. Tramp həmçinin İsrail rejimi barədəki mövqeyinə görə Barak Obama dövlətini məzəmmət edib.

Amerikanın seçilmiş prezidenti əlavə edib: BMT Təhlükəsizlik Şurasının sionist qəsəbə salmanın pislənilməsi barədəki son qətnaməsi İsrail rejimini təhqir etdi.

BMT-nin Təhlükəsizlik Şurası dekabrın 23-də sionist rejimin qanunsuz sionist qəsəbələr salmasını pisləyən qətnaməni 14 ölkənin lehinə və Amerikanın bitərəf səsi ilə qəbul etdi.

Teqlər