Yan 07, 2017 10:03 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT-nin yeni baş katibi Antonio Quterreş İran İslam Respublikasının bu təşkilatdakı ofisi ilə yaxından tanış olub.

İRİB-in məlumatına görə, 2014-cü ildə İrana səfər etmiş Antonio Quterreş Nyu-Yorkda İRİB-in müxbiri ilə müsahibədə deyib: İrana səfər xatirələrini çox yaxşı xatırlayır. 

Quterreş İrana səfərində İran İslam Respublikasının əfqan və iraq miqrantlara sığınacaq verməsi ilə bağlı strategiyasını alqışlamış və demişdi: İran məktəbləri, xəstəxanaları və sərhədlərini bu miqrantların üzünə açıb. Belə ki, bu şəxslər İran vətəndaşları kimi bütün imkanlardan faydalanırlar. 

Ban Ki Munun yerini tutan Quterreş bundan öncə BMT-nin miqrantların məsələləri üzrə ali nümayəndəsi idi. 

Teqlər