Yan 08, 2017 11:47 Asia/Baku
  • Türkiyə baş naziri İraqın Kürdüstan bölgəsinə gedib
    Türkiyə baş naziri İraqın Kürdüstan bölgəsinə gedib

Türkiyə baş naziri Binəli Yıldırım ötən gecə İraqın Ərbil şəhərinə daxil olub və İraq Kürdüstanı bölgəsinin yerli idarə rəhbəri Neçirvan Barzani tərəfindən bu şəhərin aeroportunda qarşılanıb.

Türkiyə baş naziri Ərbildə İraq Kürdüstanının rəhbəri Məsud Barzani ilə görüşərək danışıqlar aparıb. 

Binəli Yıldırım şənbə günü yüksək səviyyəli iqtisadi və siyasi heyətin müşayiəti ilə Bağdada səfər edib və İraq baş naziri Heydər əl-İbadi, parlament sədri Səlim əl-Cəburi və prezident Fuad Məsumla görüşüb. 

İraq və Türkiyə baş nazirlərinin görüşünün sonunda bildirilib ki, Ankara öz hərbçilərinin İraqın şimalından çıxarılması ilə razılaşıb. Bu məsələ iki ölkə arasında gərginliyə səbəb olmuşdu. 

Türkiyə bir qrup hərbçisini Mosulun şimalında Bəşiqə bazasında yerləşdirib və bu hərbçilərin İraq ərazisindən çıxarmağa dair indiyə qədər Bağdadın dəfələrlə müraciətinə mənfi cavab verib. 

Teqlər