Yan 21, 2017 10:50 Asia/Baku
  • ABŞ vətəndaşları:
    ABŞ vətəndaşları: "4 il müharibə"

ABŞ-ın yeni prezidentinin inaqurasiya mərasimi ilə yanaşı Vaşinqton şəhərinin prospektləri Donald Tramp əleyhinə aksiyanın şahidi olub və bu aksiyada 100-dən çox etirazçı həbs olunub.

Vaşinqton polisi cümə günü ABŞ-ın yeni prezidenti Donald Tramp əleyhinə böyük etiraz aksiyalarından sonra bir bəyanatda bildirib: Etirazçıları yaxalamaq üçün bibər qazı və digər nəzarət vasitələrindən istifadə olunub. 

CNN xəbər televiziyası da bir reportajda bildirib: Vaşinqtonun anti-üsyan polisi Donald Trampın andiçməsi ilə eyni zamanda keçirilən aksiyada azı 120 nəfəri həbs edib. 

Bu telekanal polisin etirazçılarla toqquşması və aksiyanı yatırmaq üçün onlara doğru gözyaşardıcı qaz və rezin güllələrin atılması kadrlarını yayımlayıb. 

İlkin parad keçidi adlanan Vaşinqton şəhərinin bir sıra bölgələrində Tramp əleyhinə aksiya anti-üsyan polisin müdaxiləsi ilə insidentlə nəticələnib. Etirazçılar polis məmurlarına doğru daş atıblar. Bu qarşıdurmada bir neçə etirazçı da yaralanıb. 

Etirazçılar bundan öncə vəd etmişdilər ki, Donald Trampın inaqurasiyası günü Vaşinqtonu iflic edəcəklər. Cümə günü Vaşinqtondakı qarşıdurmalar zamanı bir neçə mağazanın şüşələri qırılıb, bir neçə avtomobilə xəsarət dəyib və zibil qutuları yandırılıb. 

Aksiya iştirakçıları Tramp əleyhinə yazılar olan plakatlar tutublar. Onlar "O bizim prezident deyil" şüarı veriblər. Etirazçılar həmçinin Trampın irqçilik mövqeyinə qarşı şüarlar səsləndirib və onu faşist adlandırıblar. 

Bu arada Amerika vətəndaşlarının qəzəbi və Vaşinqtondakı qarşıdurmalarla yanaşı Donald Tramp cümə günü rəsmən Amerika prezidenti olub və 4 il Ağ Evi idarə edəcək. 

Donald Tramp Konqresdə ABŞ-ın baş hakimi Con Robertsin önündə andiçib. İnaqurasiya mərasimindən sonra Tramp danışıb və ilk cümlələrində ölkədəki ayrı-seçkiliyi tənqid edib. 

Donald Tramp bildirib: Siyasətçilər əyləncəli həyat sürürlər. Lakin iş yerləri bağlanıb, zavodlar fəaliyyətlərini dayandırıb. 

Amerikanın yeni prezidentinin sözlərinə görə, hakim quruluş vətəndaşları qorumaq yerinə özünü qoruyubdur. 

Etirazçıların "Tramp bizim prezident deyil" şüarı ilə Ağ Evin idarə olunmasını üzərinə götürən ABŞ-ın yeni prezidenti amerikalılara xitabən deyib: Artıq görməməzliyə vurulmayacaq və Amerikada yenidən təhlükəsizliyi bərpa edəcəyik. 

Tramp sözlərinin digər hissəsində terrorizmlə mübarizə məsələsinə toxunub və vəd edib ki, dünyanı terrorizm əleyhinə birləşdirəcək ki, tamamilə yer üzündən silinsin. 

Trampın sözlərinə görə, İŞİD-i və digər terror qruplaşmalarını məğlub etmək Amerikanın yeni hökumətinin əsas prioriteti olacaq. 

Tramp İŞİD terrorizmi ilə mübarizəni öz prioritetinə elə bir halda çevirib ki, ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin sözlərinə görə, bu ölkə Suriya prezidenti Bəşşar Əsədin dəyişilməsi üçün İŞİD-in yaranmasına icazə verib və ona təyin olunmuş məqsəd çərçivəsində hərbi kömək edib. 

Teqlər